07.02.2018
07 fevral 2017-ci il tarixində Qax rayon S.Vurğun adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 30 illiyinə həsr olunmuş tematik gecə keçirilmişdir. Tədbirin keçirildiyi məkanda Mubariz İbrahimova həsr olunmuş sərgi yerləşdirilib. Səhnə arxasından Xalq artisti M.Tağıyevin ifasında “Qalx-qalx ulu torpaq” mahnısı səsləndirilmişdir. Tədbirin aparıcısı tədbiri açıq elan etdikdən sonra Azərbaycanın haqq işi uğrunda canından keçmiş vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün ilk söz həmyerlimiz Kənd təsərrüfatı elimləri namizədi, professor Amil Babayevə verildi. Alim öz çıxışında Azərbaycanın qəhrəmanlıq tarixindən danışdı. Ulu tanrıdan bütün şəhidlərə, Mubariz İbrahimova rəhmət dilədi. Qax rayon Ağsaqqallar Şurasının sədri Aşurov Nadir Mübariz İbrahimovun keçdiyi həyat yolundan, onun göstərdiyi şücaətdən ürək yanğısı ilə danışdı və ağsaqqal belə bir qəhrəman vətən övladı ilə fəxr etdiyini söylədi. Gənclərin Hərbi Xidmətə çağırış şöbəsinin rəisi Emin Quliyev, İdman və Gənclər İdarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon Veteranlar Şurasının sədri Atəş Babayev və başqaları öz çıxışlarında Milli Qəhrəman Mübariz İbrahimov haqqında ürək sözlərini dedilər. Şəmsəddin Quliyev Namiq Hacıheydərlinin “Yarandın” şeirini, Vüsalə Mustafayeva Xalq şairi Mirvari Dilbazinin “Bölümdə qaldıqca vətən torpağı” şeirini, Taleh Əmirov Nəriman Həsənzadənin “Azərbaycan” şeirini, Bahar Abdullayeva isə Aqşin Əlizadənin “Yaşa sən ey türk oğlu, Azər oğlu” şeirini ifa etdilər. Tədbir boyu Mübarizə həsr olunmuş slaydlar nümayiş olundu. Tədbirin sonunda İsmayıl Dağıstanlı adına Xalq teatrının üzvlərinin ifasında “Bu şəhid balaların ölən çağı deyildi” adlı ədəbi-bədii kompazisiya səsləndi. Tədbir Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidovanın yekun sözü ilə başa çatdı. O, tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və hamıya aydın səma, can sağlığı arzuladı.