08.11.2019
8 noyabr tarixində III Tala Abdurrahman Qurbanov adına kənd tam orta məktəbinin müəllim və şagird heyəti 9 noyabr Bayraq Günü münasibətilə rayon Heydər Əliyev Mərkəzini ziyarət edib. Mərkəzin bələdçisi tərəfindən ziyarətçilərə Mərkəz haqqında məlumat verilməklə bərabər, bayrağımızın yenidən dalğalanmasında Ulu Önərin gördüyü işlər barədə geniş məlumat verilib. Mərkəzlə tanış olduqdan sonra məktəbin 8 və 9-cu sinif şagirdləri Dövlət Bayrağımıza həsr olunmuş “Azərbaycan bayrağı” və “Vətən nədir?” adlı kompazisiya ilə çıxış ediblər. Şagirdlər tərəfindən səsləndirilən şeirlərdə vətənə məhəbbət, bayrağa hörmət hissləri geniş şəkildə tərənnüm edilmişdir.