07.11.2019
Noyabrın 7-də Bəxtiyar Vahabzadənin ev muzeyində “Bayraq Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə 3 saylı uşaq bağçasının və Şəki rayon Biləcik kənd orta məktəbinin müəllim və şagird kollektivləri iştirak ediblər. Muzeylə tanışlıqdan sonra balaca fidanlar və məktəb şagirdləri B.Vahabzadənin bayrağa və vətənə aid şeirlərini səsləndiriblər. Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəyli uşaqların çıxışlarındakı cəsarəti və vətən sevgisini yüksək qiymətləndirərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.