Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən MKS-nin Katexzavod kənd kitabxanasında dərs saatı təşkil olunub

23.10.2019

Oktyabrın 23-də Balakən MKS-nin Katexzavod kənd kitabxana əməkdaşları Katexzavod tam orta məktəbində Rusiyanın görkəmli humanist şair və mütəfəkkürlərindən olan, ölməz sənətkar Mixail Yuryeviç  Lermontovun anadan olmasının 205-illiyi ilə əlaqədar olaraq dərs saatı təşkil ediblər. Dərsdə dil-ədəbiyyat müəllimi Tamella Əliyeva, kitabxana müdiri Təravət İsmayılova və kitabxanaçı Saniyyət Mollaçiyeva şagirdlərə dahi sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər. Şagirdlər isə şairin “Qafqaz”, “Dostlara”, “Görüş”, “Yarpaq”, “Yuxu” şeirlərini səsləndiriblər. Kitabxanaçılar tərəfindən təşkil olunmuş dərs saatı məktəbin müəllim və şagirdləri tərəfindən böyük rəğbətlə qarşılanıb.