22.10.2019
Oktyabrın 22-də Kərimli kənd kitabxanasının təşkilatçılığı ilə Kərimli kənd məktəbində “Nağıl saatı” keçirilib. Tədbiri keçirtməkdə məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək, onların kitaba olan maraqlarını artırmaqla, vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarət olub. Nağıl saatlarında hər bir nağılın sonunda şagirdlərin nağılı daha dərindən dərk etməsi və yadda saxlması üçün, buradakı qəhrəmanlar və hadisələr haqqında müzakirələr aparılır, ilk dəfə eşitdikləri sözlərin mənası onlara aydın şəkildə izah edilir.
Bu dəfəki görüşdə kitabxanaçı Gülnarə Məmmədova uşaqlara Azərbaycan xalq nağıllarından ibarət “Dovşan ilə tısbağanın yarışı” və “Məlikməmməd” nağıllarını oxuyaraq, onları sehirli aləmə aparıb. “Nağıl saatı” sinif müəllimi Çimnaz İsmayılova və şagirdlər arasında maraqlı diskussiya ilə davam edib.