02.02.2018
2 Fevral 2018-cil il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində Kreativ Gənclər Koordinasiya qrupunun və MİHİ-nin Balakən rayon komitəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibəti ilə “Uğurlu gələcəyin təminatçıları” başlığı altında tədbir keçirildi. Tədbiri Kreativ Gənclər Koordinasiya qrupunun rəhbəri K.Efendiyeva açdı və il ərzində gördüyü işlər haqqında məlumat verdi. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Ş.Hacıyeva çıxış edərək Azərbaycan gənclərini və mədəni-maarif müəssisələrində çalışan bütün gəncləri təbrik etdi. Ş.Hacıyeva vaxtilə Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irsin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi haqda danışaraq, cənab Nazir Əbülfəs Qarayevin göstərişi ilə yaradılan mədəniyyət işçilərinin Kreativ Gənclər Koordinasiya qrupunun yaradılmasının uğurlu gənclər siyasətinin tərkib hissəsi olduğunu qeyd etdi. Sonra tədbirdə MİHİ-nin sədri S.Yusibova, mədəni-maarif müəssisələrində çalışan kreativ gənclər qrupunun üzvləri – T.Musayev, Ç.Bazarova, N.Nəsibova, T.Baknalov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini, Azərbaycanın dünya arenasında daha yüksək səviyyədə olması üçün öz töhvələrini verəcəklərini bildirdilər. Tədbirdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak edirdilər.
Tədbir gənc mədəniyyət işçilərinin hazırladığı bədii hissə ilə sona çatdı.