Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərinin nəzərinə!

24.07.2017

Təhsil naziri Mikayıl Cabbarov 1 avqust 2017-ci il tarixində saat 11:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək. Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 24-27 iyul 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.