02.02.2018
Belə bir deyim vardır : “Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir”. Gənclərsiz cəmiyyəti təsəvvür etmək mümkün deyil. Çünki gənclik hər bir xalqın, millətin xoşbəxt sabahı, güvənc yeridir. Müstəqil dövlətimizin qurucuları, gələcək inkişafımızın təminatçısıdır gənclik.
02 fevral 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsində “Gənclər bu günümüz, sabahımızdır” adlı dəyirmi masa təşkil edilmişdir.
Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova tədbiri giriş sözü ilə açaraq onları “Gənclər Günü” münasibəti ilə təbrik etdi və “Gənclər bizim sabahımızdır” adlı məruzə ilə çıxış etdi. Tədbirdə, gənc iştirakçılardan R.Seyidov, N.Zeynalova, İ.Əliyeva və b. çıxış edərək, bugünki gənclərə dövlət qayğısından, cənab Prezidentin gənclərə xüsusi diqqət ayırmasından, beynəlxalq musiqi və idman yarışlarında Azərbaycan gənclərinin yüksək uğur qazanmalarından qürur duyduqlarını fəxarətlə qeyd etdilər. Tədbirin sonunda mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin metodisti Q.Malıyeva çıxış edərək gəncləri təbrik etdi.