Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qax rayonunun Ağçay kənd kitabxanasında mütaliə saatı təşkil olunub

12.10.2019

Qax rayonunun Ağçay kənd kitabxanasında Təhsil naziri Ceyhun Bayramovun müvafiq Sərəncamına əsasən yeni tədris ilinin ilk dərs məşğələsi olaraq, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol” mövzusuna həsr olunmuş mütaliə saatı təşkil olunub.

Məşğələdə akuallığı ilə gənclərdə daha çox maraq doğuran Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanı mütaliə edilib. Ağçay kənd kitabxanasının kitabxanaçısı Sevinc Abakarova məktəbli oxuculara əsər haqqında məlumat verdikdən sonra təhlillərə və müzakirələrə yer verilib. Məktəblilərdən Sayalı Mollayeva əsərdə zəngin həyatın bircə gün ərzində baş vermiş hadisənin işığında canlandırılmasından, Cəlal Yaqublu müəllifin qəhrəmanın taleyini dövrün bir çox problemləri və bütün bəşəriyyətin sabahkı günü ilə müqayisə etdiyindən, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsinin ən böyük qələbə kimi səciyələndirilməsindən, Pərvin Seydli isə Ç.Aytmatovun bu romanda təsvir etdiyi manqurt mövzusunun yaddaşsızlığın obrazı və rəmzi olduğundan danışaraq, təhlillərini oxucuların diqqətinə çatdırıblar. Maraqlı diskussiyalarla başa çatan məşğələ şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.