Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon mərkəzi kitabxanasında “Nağıl saatı” keçirilib

30.01.2018

30 yanvar 2018-ci il tarixdə Oğuz rayon mərkəzi kitabxanasının uşaq şöbəsi  rayon 3 saylı uşaq bağçasının məktəbə hazırlıq qrupunun uşaqları ilə “Nağıl saatı” keçirmişdir. Tədbirdə Uşaq şöbəsinin müdiri K.Cəfərova “Kitabsevər uşaqlar” layihəsindən məlumat verərək, uşaqlar üçün maraqlı nağılları seyr etməyə dəvət etdi. Uşaqlar maraqla bir neçə nağılı seyr etdilər. Sonra usaqlar da öz bildikləri nağıllardan danışdılar.