10.10.2019
Oktyabrın 10-da Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə baş məsləhətçisi Dilarə Əzizova, Qax rayon Mədəniyyət Mərkəzinin kollektivi və Qax rayon üzrə abidə mühafizəçilərindən ibarət qrup Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli “Azərbaycan-2020 gələcəyə baxış” - İnkişaf Konsepsiyasının qeyri–maddi mədəni irsin qorunması ilə bağlı bəndinə uyğun olaraq rayonun Oncallı kəndində yerləşən Oğuz qəbristanlığını ziyarət ediblər. Ziyarət zamanı Oğuz qəbirstanlığı və burda uyuyanlar haqqında tədbir iştirakçılarına məlumat verilib. Mədəniyyət Mərkəzinin metodisti Nuriyyə Əlimova Yunis Əmrənin yaradıcılığı haqqında geniş məlumat verərək, şerlərini təqdim edib. Sonrakı çıxışda şəhər 2 № li mədəniyyət evinin metodisti Təranə Məcidova Oğuz qəbirstanlığında uyuyan Hacı Tapdığın və ulu turk şairi Şeyx Yunis Əmrənin məhz bu qəbristanlıqda dəfn olunduğunu bildirib. Xalq arasında yayılmış olan qənaətə görə, o, Sivrihisar yaxınlığındakı Sarıköydə doğulmuşdur. Ehtimal olunur ki, təhsilini də bölgənin ən mühüm elm və mədəniyyət mərkəzi olan Konyada almışdır. Bir türkmən dərvişi olan Yunus təkyələrdə yaşamış, şeyxlik dərəcəsinə çatıb zaviyələr qurmuşdur. Övliyalıq qatına yüksəlmiş olan, sonralarsa həyatı əfsanələrə bürünən Yunusun Anadoluda on ayrı yerdə məzarı olduğu söylənir. Belə ziyarət yerlərindən biri də Azərbaycanın Qax bölgəsi olduğu göstərilir. Akademik Məşədixanım Nematovanın gəldiyi nəticəyə görə, Şeyx Yunis Azərbaycanda olarkən onun hər bir vilayətinin qarış-qarış gəzmiş və ən nəhayət Oncallı kəndində, Hacı Tapdığın yanında həmişəlik olaraq qərar tutmuşdur. Hər iki şəxsiyyətin məzarları onların şagirdləri tərəfindən inşa olunmuşdur.
Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gül 2010-cu ildə respublikamıza rəsmi səfəri çərçivəsində Oncallı kəndi ərazisində yerləşən böyük Türk şairi Yunis Əmrə və Hacı Tapdıq Baba ziyarətgahında olmuşdur.
Tədbirin sonunda Oğuz qəbirstanlığında uyuyan ulularımızın ruhuna fatihə surəsi oxunmuş, xatirə şəkilləri çəkilmişdir.