Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mərkəzi kitabxanasında “Gənclər cəmiyyətin dayağıdır” adlı dəyirmi masa keçirildi

31.01.2018

31 yanvar 2018-ci il tarixində Zaqatala rayon Mərkəzi kitabxanasında 02 fevral “Gənclər Günü” münasibətilə “Gənclər cəmiyyətin dayağıdır” adlı dəyirmi masa keçirildi. Tədbirdə rayon gənclərindən Heydər Əliyev Mərkəzinin işçiləri Məmmədova Leyla, Qurbanova Gülmira, 9-cu sinif şagirdi Məmmədova Nigar, tarixçi-tədqiqatçı Təranə Xəlilova, Əliyev Elxan, Hacıyev Məhəmməd, Zəkəriyeva Günel, Cüməliyeva Bahar və b. iştirak etmişdir. Tədbiri giriş sözü ilə Mərkəzi kitabxananın müdiri Gülniyar Məmmədova açdı. Daha sonra “Gənclik böyük qüvvədir” adlı məruzə ilə Məlahət Həmzəyeva, “Azərbaycan gəncliyi bu gün” adlı məruzə ilə Leyla Məmmədova, “Azərbaycan gəncliyi və vətənpərvərlik” adlı məruzə ilə Məmləkət Ömərova çıxış etdi. Gənclər arasında fikir mübadiləsi aparıldı. Hər bir gənc gördükləri işlərdən, öz qarşılarında duran məqsəd və vəzifələrdən danışdılar. Çıxışlarında qeyd etdilər ki, dövlət qayğısını daim öz üzərlərində hiss edirlər, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışacaqlar. Sonda “Gənclər Günü” münasibətilə fəal gənclərdən Hacıyev Məhəmmədə, Zəkəriyeva Günelə və Cüməliyeva Bahara Fəxri Fərmanlar  verildi.