24.09.2019
Yaşadığımız dövr informasiya əsri adlandırılır. Ümumbəşəri dəyərlərin təbliğatçısı olan kitabxanalarda günbəgün artan və genişlənən oxucu tələbini ödəmək və onları yeni məlumatlarla tanış etmək məqsədilə təşkil edilən səyyar xidmətlər təbliğatın ən təsirli vasitələrindən biridir.
Sentyabrın 24-də Balakən MKS-nin Katexzavod kənd kitabxanasının müdiri Təravət İsmayılova və kitabxanaçısı Saniyyət Mollaçıyevanın təşəbbüsü ilə növbəti səyyar kitabxana xidməti təşkil edilib. Kitabxanaçılar bu dəfə Katex ərazisində yerləşən kənd bələdiyyəsində olaraq, bələdiyyə işçilərinə kitabxananın kitab fondu, yeni nəşrlər və ən çox oxunan kitablar haqqında məlumat veriblər. Sonra kənd bələdiyyəsinin kitabxanaya üzv olan əməkdaşlarına onları maraqlandıran kitablar paylanılıb və əməkdaşlardan bir neçəsi kitabxana üzvlüyünə qəbul ediliblər. Kitabxanaçılar tərəfindən göstərilən xidmət bələdiyyə işçiləri tərəfindən böyük razılıqla qarşılanıb.