Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Səs uşaqlar” layihəsinin seçim mərhələsi keçirilmişdir

20.09.2019

Sentyabrın 20-də Şəki M.F.Axundov adına Mədəniyyət Mərkəzində İctimai Televiziya və Radio Şirkəti tərəfindən populyar musiqili televiziya şousu olan “Səs uşaqlar” layihəsinin hazırlanması məqsədilə 8-14 yaş arası uşaqlar arasında seçim mərhələsi keçirilmişdir. Ümumilikdə 54 şagirdin: 53 nəfər Şəki və 3 nəfər Qax rayonlarını təmsil etməklə qatıldıqları yarışmada fərqlənənlər növbəti mərhələyə vəsiqə qazanıblar.