Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə Milli Musiqi Günü münasibətilə konsert proqrqmı təşkil olunub

18.09.2019

Sentyabrın 18-də Balakən rayonunun “Bal məkan” istirahət mərkəzində Milli Musiqi Günü münasibətilə konsert proqrqmı təşkil olunub. Balakən rayonu Uşaq Musiqi məktəbinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, məktəbin direktoru Arifə Tagıyeva əlamətdar gün münasibətilə bütün iştirakçıları təbrik edib.  Bildirilib ki, bugünkü tədbir Azərbaycan musiqisində köklü dönüş yaratmış, xalqın dahi şəxsiyyətlərindən olan Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun əziz xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaqdır.

Sonra söz Balakən royonu İcra Hakimiyyətinin başçısı, cənab İslam Rzayevə verilib. İH başçısı təbrik nitqi ilə şıxış edib və çıxışda Uşaq İncəsənət Məktəbinin inşa edilən yeni binasının yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb.

Çıxışlardan sonra məktəb kollektivinin hazırladığı konsert proqramı təqdim olunub. Seymur Qasımovun  ifasında səsləndirilən “Sevgili canan” və “Sənsiz” romansları, Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasından parçalar, Pərviz Quliyevin ifasında muğamlar və digər ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.