Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalanın Kəpənəkçi kəndində “Bilik elmin açarıdır” adlı tədbir təşkil olunub

16.09.2019

Bilik günü münasibətilə sentyabrın 16-da Zaqatala rayon Asif Falayev adına Kəpənəkçi kənd Mədəniyyət evi və Sərdar Kərimov adına tam orta məktəbin birgə təşkilatçılığı ilə “Bilik elmin açarıdır” adlı tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə məktəbin direktoru Səlahəddin Süleymanov açdıqdan sonra, kənd ziyalıları, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar medala layiq görülmüş Sabir Qurbanlı, Zaqatala rayon İcra Hakimiyyətinin əməkdaşı Ramin Həsənov, kənd icra nümayəndəsi Vüsal Qədimov və kənd bələdiyyəsinin sədri Xuraman Şabanova çıxış edərək, uşaqlara yeni təhsil ilində uğurlar arzulayıblar. Təbriklərdən sonar şagirdlərin ifalarında şeirlər, rəqslər və musiqi nömrələri təqdim olunub.