Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baş Göynük kəndində “İlk zəng” adlı toplantı təşkil edilib

16.09.2019

16 sentyabr 2019-cu il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Göynük kənd sənətkarlıq evi, 2 saylı tam orta məktəb və Şəki MKS-nin 62 saylı kitabxana filialının birgə təşəbbüsü ilə “İlk zəng” adlı toplantı təşkil edilib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Mənəfova açaraq, şagirdləri və tədbir iştirakçılarını təbrik edib. Çıxışda qeyd olunub ki, Dövlət başçısının təhsilə xüsusi qayğısı nəticəsində bu sahədə uğurlu addımlar günbəgün öz bəhrəsini verir, ölkəmiz daha böyük, daha qüdrətli olur. Məktəb direktoru uzun tətildən sonra yeni dərs ilinə başlayan kollektivə uğurlar arzulayıb. Sonrakı çıxışlarda Baş Göynük kənd sənətkarlıq evinin və 62 saylı kitabxana filialının işçiləri təbrikə qoşularaq şagird və müəllimlərə müvəffəqiyyətlər arzulayıblar.