Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi şəhidlər”

18.01.2018

18 yanvar 2018-ci il tarixdə Nakam adına mərkəzi kitabxanada Azərbaycan Gənclər fondu ilə birgə 20 Yanvar-qanlı tarixlə əlaqədar “Torpağın bağrına cəsədləriylə, Azadlıq tumunu əkdi şəhidlər” adlı anım günü keçirildi. Tədbiri Nakam adına mərkəzi kitabxananın Xidmət və abonement şöbəsinin müdiri M.Cabbarlı açdı. O, 20 Yanvar şəhidlərini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Sonra 19-dan 20-nə keçən gecə haqqında qısa məlumat verdi və bu barədə məruzə etmək üçün Tarix müəllimi Maqsud müəllimə söz verdi. Maqsud müəllim çıxışında qeyd etdi ki, Azərbaycan xalqının keçdiyi çətin və əzablı yollar bu gün müstəqilliyə gətirib çıxardı.

Sonra B.Vahabzadənin “Şəhidlər” poemasından bir parça pedaqoji kollecin tələbələri Ləman Rəhimli və Lamiyə Məmmədova söylədilər.

“20 yanvar - Əsarətin son gecəsi “ adlı sərgiyə və “Xüsusi təyinatlı İbad” filmiənə baxış oldu.