19.08.2019
Avqustun 19-da Balakən rayon Heydər Əliyev Mərkəzində “Gəncliyin səsi” adlı musiqi festival keçirilib. Festivalda rayonun istedadlı gənclərindən Məhəmməd Rayılov, Günəş Şabanova, İsa Uzunov, Lalə Uzunova, İlkin Əliyev, Ayşən Balayeva, Fidan Həmidova, Zəminə Alqayeva, Zeynəb Məmmədova və Əminət Əsdiyevanın ifalarında səsləndirilən xalq və müasir estrada mahnıları festival iştirakçılarına xoş anlar bəxş edib.
Bütün çıxışlar dinlənildikdən sonra münsiflərin qərarı ilə 5 ən yaxşı ifaçı sertifikatlar və hədiyyələrlə mükafatlandırılıblar.