14.08.2019
Avqustun 14-də Balakən MKS-nin Katexzavod kənd kitabxanaçıları Təravət İsmayılova və Saniyyət Mollaçıyevanın təşkilatçılığı ilə Katexkənd 1 saylı Körpələr evi Uşaq bağçasında nağıl saatı keçirilib. Kitabxana əməkdaşları uşaqlara özləri ilə apardıqları “Sehirli dünya”, “Göyqurşağı” və s. jurnallardan nağıllar danışıblar. Bağçanın tərbiyəçisi Tanzilə Balayeva kitabxana işçilərinə və təşkilatçılara təşəkkürlərini bildirərək, uşaqların böyük marağına səbəb olan belə əyləncəli tədbirləin tez-tez təşkil edilməsini arzuladıqlarını bildirib.