Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatalada “Şərəfim, şöhrətim, qürurum-dilim”adlı elmi praktik konfrans keçirilib

01.08.2019

Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı ilə avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.

Bununla bağlı 1 avqust 2019-cu il tarixdə Zaqatala rayon İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Mərkəzi Kitabxana və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Şərəfim, şöhrətim, qürurum-dilim” adlı elmi praktik konfrans keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, MKS-nin, şəhər Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Təhsil işçiləri iştirak edirdilər. Tədbiri Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov açaraq, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün yaranma tarixi haqqında məlumat verib.

Sonra Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova “İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılmasına növbəti dəyərli töhfə” adlı məruzə ilə çıxış edib. Daha sonra kitabxananın əməkdaşları Məmləkət Ömərovanın ”Ana dilimizin tətbiqinə Heydər Əliyev qayğısı”, Yasəmən Məmmədovanın “1  avqust - Azərbaycan əlifbası günüdür”, Sevda Rəhimovanın isə “Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi” adlı məruzələri dinlənilib.

Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənovun çıxışı ilə konfrans öz işini başa çatdırıb.