Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qara Yanvarı unutmayaq”

19.01.2018

Şəki şəhər Ə.Abdullayev adına diyarşunaslıq evində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan “Qara Yanvarı unutmayaq” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlərdən  Haciyev Aqşin  “Susmaram”,  Məmmədova Dinar “Şəhid qanı”, Yusifli Şəhla “Şəhidlər”, Osmanova Pərvanə “Şəhid balaları” şeirlərini,  İbrahimxəlilova Fatimə və Hüseynova Yeganə isə bayatılar səsləndirdilər. Sonra şəhidlərə həsr olunmuş videoçarx  nümayiş etdirildi.

Allah bütün şəhidlərə rəhmət eləsin.