23.03.2017
Oğuz rayonunun ümumtəhsil məktəblərində oxuyan,xüsusi istedadı və qabiliyyəti ilə seçilən 40 nəfər məktəbli 2 müəllimin və 2 nəfər tibb personalının müşaiyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən "Ölkəmizi tanıyaq" devizi altında keçirilən turaksiyada iştirak etmək üçün 23 mart 2017-ci il tarixdə saat 10-00-da respublkikamızin Gəncə şəhərinə,Göygöl və Qazax rayonlarına yola düşmüşmdür. Turaksiya iştirakçıları səfər müddətində Simal-Qərb bölgəsinin tarixi yerləri,maddi-mədəniyyət abidələri ilə tanış olacaqlar.
Turaksiya öncəsi məktəblilər Oğuz Rayon İcra Hakimiyyətində qəbul edilmişdir. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Yusif Naxşıvanski turaksiyanın mahiyyəti, məqsədləri barədə ətraflı məlumat vermiş,məktəblilərə uğurlu səfər arzulamışdır.
Türaksiya iştirakcıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.