Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayonu Bayan kənd kitabxanasında “Mütaliə saatı” keçirilib

16.07.2019

İyulun 16-da  Oğuz rayonunun Bayan kənd kitabxanasında “Yay məktəbi” ilə əlaqədar “Yayı kitabla keçirək” başlıqlı “Mütaliə saatı” keçirildi. Tədbir iştirakçıları əvvəlcə  kitabxanada təşkil olunmuş “Yayı kitabla keçirək” adlı sərgi ilə tanış olublar. Sonra kitabxanaçı Nigar Nurməmmədova “Gəlin kitab oxuyaq”, “Yayı kitabla keçirək” başlıqlı məruzələrlə çıxış edib. Məruzə dinlənildikdən sonra uşaqlara sərgidəki kitablar haqqında, o cümlədən: “Azərbaycan uşaq antalogiyası”, “Azərbaycan nəşri antalogiyası”, “Azərbaycan dastanları”, “Azərbaycan dramaturgiyası antalogiyası”, “Azərbaycan qadın şairləri antalogiyası”, “Azərbaycan folkloru”, Süleyman Sani Axundovun əsərləri, yazıçı İlyas Əfəndiyevin əsərləri və dahi şəxsiyyətlərin kitab haqqında dedikləri sözlər haqqında məlumatlar verilərək, yay tətili günlərində uşaqlara kitabdan ayrı düşməmələri tövsiyyə olunub.