15.07.2019
15 İyul 2019-cu il tarixdə Balakən MKS-nin Katexzavod kənd kitabxanasının müdiri T.İsmayılova və kitabxanaçı S.Mollahacıyeva Katex ərazisində yerləşən Balakən rayon Mərkəzi xəstəxanası və Katex kənd həkim məntəqəsinə səyyar xidmət göstərmişlər. Xidmət zamanı məntəqənin baş həkimi F.Şibliyeva və digər tibb bacıları kitabxanaya üzv olmuş, kitabxana əməkdaşlarının təklif etdikləri kitabları oxumaq üçün müəyyən müddət özlərinə götürmüşlər. Tibb işçiləri yeni adda kitabların onlara gətirilməsini xahiş etmiş və göstərilən xidmətə görə minnətdarlıqlarını bildirmişlər.