Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayon Mərkəzi kitabxanası və filial kitabxanalarda 20 Yanvar faciəsi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilmişdir

19.01.2018

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayon MKS-də də böyük ehtiramla yad edildi. Faciənin ildönümü münasibətilə mərkəz və filiallarda anım tədbirləri keçirilib, sərgilər təşkil olunmuşdur. Mərkəzi kitabxananın xidmət və uşaq şöbəsinin birgə təşkilatçılğı ilə “Qara Yanvar” başlığı altında keçirilən tədbirin iştirakçıları ilk öncə 20 Yanvar abidəsi önünə gül qoydular. Daha sonra tədbir mərkəzi kitabxananın oxu zalında şəhidlərin ruhuna verilmiş ehsan süfrəsi arxasında davam etmişdir. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Giriş sözü ilə çıxış edən MKS-in direktor müavini Zeynəb Qocayeva xalqımızın azadlıq mübarizəsindən, 20 Yanvar faciəsinin səbəblərindən və ağır nəticələrindən danışıdı. Bildirdi ki, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda ayağa qalxdığı şərəfli bir tarixdir. Sonra 20 Yanvar hadisələrinə həsr edilmiş slayd nümayiş olundu. Daha sonra isə “Tariximizin 20 Yanvar hadisələri”, “20 Yanvar statistik qiymət”, “20 Yanvar hadisələrinə siyasi qiymət” mövzularında məruzələr dinlənildi. Kiçik oxucularımız isə 20 Yanvar hadisələrinə, şəhidlərə həsr edilmiş şeirlər söylədilər.

Filiallarda da 20 yanvar hadisələrinin 28-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. Gözbarax kənd kitabxanasında “20 Yanvar qurbanları” adlı tədbir, Dağlı kənd kitabxanasında "Şəhid qanı axan torpaq, yad ayaqda qalmaz tapdaq" mövzusunda  kompozisiya, Kəpənəkçi kənd kitabxanasında “Hünər nəğməsidir şəhid məzarı” adlı ədəbi-bədii kompozisiya, Üçüncü Tala kənd kitabxanasında “Azadlığı gedən yolun zirvəsi” mövzulu ədəbi-bədii kompozisiya və Yuxarı Tala 2 saylı kənd kitabxanalarında “Unutmaq olarmı sizi şəhidlər” adı altında tədbir keçirilmişdir. Ümumiyyətlə Zaqatala rayon Mərkəzi kitabxanasının təlimatı ilə bütün filiallarda müxtəlif başlıqlı sərgilər yenilənmiş, məruzə oxunuşları, oxucularla söhbətlər təşkil edilmişdir.