19.01.2018
Qax rayon 1 nömrəli mədəniyyət evində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə 1 saylı mədəniyyət evinin direktoru Ceyran Rəcəbova açdı. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra qanlı yanvar faciəsinə həsr olunmuş kino xronika nümayiş olundu.Tədbirdə Aqro Mərkəzin direktoru professor Amil Babayev, Qarabağ Əlillər cəmiyyətinin sədri Atəş Babayev, Qax rayon MKS-nin direktor müavini Ahidə Əfəndiyeva, Şəki Regional Mədəniyyət və Turizm Idarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova çıxış etdilər. Bədii qiraət dərnəyinin üzvlərindən Mehriban Kərimova Əziz Musanın “Şəhidlər” şeirini, Taleh Əmirovla Türkan Abbasova Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar söylədilər. Mədəniyyət evinin işçiləri Ceyran Rəcəbova və Bahar Abdullayevanın hazırladığı “Şəhid qanı” adlı kompozisiya tamaşaçılara təqdim edildi. Nərmin Əmirovanın ifasında Zəlimxan Yaqubun ”Döyüşən Türk, Oyanan Türk, Qalxan Türk” adlı şeiri səsləndi. Daha sonra tamaşaçılar “Qalx, qalx ulu bayraq” mahnısının sədaları altında mədəniyyət evinin foyesində “Qanlı yanvar» adlı sərgiyə baxış oldu.