Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Başın sağ olsun Vətən”

19.01.2018

19 yanvar 2018-cı il tarixdə Balakən rayon MKS-də 20 Yanvarın iyirmi səkkizinci ildönümünə həsr olunmuş “Başın sağ olsun Vətən” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktor müavini M.Cuxova açıq elan etdi. Bir dəqiqəlik sükutla şəhidlər yad edildi. M.Cuxova geniş məruzə ilə çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını qeyd eledi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Daha sonra Qarabağ Əlillər Cəmiyyətinin sədri Ş.Sarvan çıxış edərək qeyd etdi ki, 20 Yanvar hadisələri xalqımızın yaddaşına qanlı yanvar kimi daxil olsa da həmin gün bütövlükdə milli tariximizə qəhrəmanlıq salnaməsi yazıldı. Sonra məktəb şagirdləri şəhidlərə, 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda Qanlı Yanvar filmi nümayiş etdirildi.