02.07.2019
“Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində söylədiyi bu sözlər Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon Mədəniyyət Mərkəzidə təşkil edilmiş, əl işlərindən ibarət sərginin açılışında səsləndirilmişdir.
Sərginin açılışında rayonun idarə, müəssisə rəhbərləri və kollektivlər iştirak etmişlər. İyul ayının 10-dək davam edəcək sərgi rayon məktəblilərinin xüsusi marağına səbəb olmuşdur.