01.07.2019
1 İyul 2019 – cu il tarixdə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Şəki M.F.Axundzadənin ev muzeyində dahi dramaturqun anadan olmasının 207 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.
Tədbirdə Şəki 14 saylı məktəbin müəllim kollektivi və M.F. Axundzadənin ev muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbiri M.F.Axundzadənin ev muzeyinin direktoru Ulduz Xəlilova açaraq, məruzə ilə çıxış edib. Çıxışda qeyd olunub ki, Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz izlər buraxan, realist dramaturgiyamızın və nəsrimizin banisi M.F.Axundzadənin zəngin və çoxşaxəli irsi əsrlər keçdikcə müasirliyini saxlayır, hər dövrdə yenidən tədqiq olunur, araşdırılır. Bu axtarışların coğrafiyası genişlənir, məzmunu dərinləşdikcə yeni-yeni elmi faktlar, qiymətli məlumatlar aşkara çıxır, dramaturqun həyatının bəzi maraqlı məqamları müəyyənləşir.
Sonrakı çıxışlarda ədibin həyatı, yaradıcılığı ədəbi ictimai və fəlsəfi fikirləri haqqında bir çox kitabların, monoqrafiyaların və elmi məqalələrin yazıldığı, onun əsərlərinin tarixi əhəmiyyəti, ideya bədii xüsusiyyətlərini düzgün qiymətləndirən bir sıra dəyərli fikirlərin olduğu qeyd olunub.