19.01.2018
19 yanvar 2018-ci il tarixində Qırxbulaq kənd folklor klubu 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirmişdir. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra folklor klubunun müdiri Yusif Lətifov 20 Yanvar faciəsi haqqında geniş məruzə ilə çıxış edərək qeyd etdi ki, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusu xalqımıza qarşı dəhşətli bir terror aktı törətdi, eyni zamanda bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu.