Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı və Şanlı Yanvar”

19.01.2018

19 yanvar 2018-ci il tarixdə Oğuz rayon tarix-diyarşünalıq muzeyinin təşkilatçılığı ilə Bucaq kənd orta məktəbində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar bu qanlı faciədə şəhid olan həmyerlimiz İzzət Həmidovun anım gecəsi keçirilmişdir. Gecədə Bucaq kənd orta məktəbin müəllimləri,  IX və X sinif şagirdləri iştirak etmişlər.

Anım gecəsini muzeyin direktoru A.Xuduyeva açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın himni səsləndirilmişdir. Muzeyin direktoru şəhid İzzət Həmidov haqqında geniş məlumat vermişdir. Muzeyin əməkdaşları T.Sabanova, E.Mütübullayeva və məktəbin müəllimlər 20 Yanvar hadisələrinə dair məruzələr etmişlər.