Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı Yanvar”

19.01.2018

19 Yanvar 2018-ci il tarixdə Cəfərabad kənd diyarşünaslıq klubu 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önündə “Qanlı Yanvar” adlı anım tədbiri keçirilmişdir. Şəhidlərin ruhu bir dəqidəlik sükutla yad edilmişdir. Sonra şəhidlərin ruhuna dualar oxunmuşdur. Məktəb direktoru Gülalıyev Gülalı 20 yanvar faciəsi haqqında məlumat verdi. O, bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya girərək əliyalın,  dinc əhaliyə qanlı divan tutmuşdur. Cəfərabad kənd bələdiyyə sədiri Tanrıverdiyev Yaqub, Cəfərabad kənd xəstəxanasının baş həkimi Musayev Namizət  çıxışlarında qeyd etdilər ki, sovert ordusu öz xalqına qarşı müharibə aparıb, silahsız xalqı güllə-baran etmişlər. Sonra 20 Yanvar şəhidləri xatirəsinə həsr olunmuş şeirlər, bayatılar səslənmiş, kompozisiya göstərilmişdir.