14.06.2019
İyunun 14-də Oğuz şəhər Z.Əliyeva adına Mərkəzi parkda Oğuz 7 illik Uşaq Musiqi məktəbinin xanəndəlik sinfi üzrə müəllimi Hikmət Malıyevin rəhbərliyi ilə “Məzunlar günü”-nə həsr olunmuş konsert təşkil olunub.
Konsertin təşkilatçısı və bədii rəhbəri Hikmət Malıyevin, konsertmeystr Elşən Bəşirovun, müəllimlərdən Mehran Rüstəmovun və Müşviq Üzeyirlinin və məktəb şagirdlərinin iştirakı ilə 2 saatdan çox davam edən konsertdə bəstəkar və xalq mahnıları, eləcə də rəngarəng rəqs havaları səsləndirilib. Konsert məzunlara və parkda istirahət edən rayon sakinlərinə xoş əhval ruhiyyə bəxş edib.