Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəniyyət qalası” qəzetinin növbəti sayı çapdan çıxıb

14.06.2019

Şəki Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə “Mədəniyyət qalası” qəzetinin növbəti sayı nəşr edilib. Oxucular yeni sayda 28 May  Respublika Günü ilə bağlı paytaxt Bakı və Şəki şəhərində keçirilmiş  bayram tədbirləri, “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilmiş muzey həftəsi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkədə ikinci dəfə keçirilən “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanının Balakən rayonunun olması,  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” kinostudiyasının çəkdiyi “Saxurlar” və “İki əsgər” filmlərinin təqdimat mərasimləri, regionda ilk uşaq operasının premyerası və regionun digər mədəniyyət xəbərləri ilə  tanış ola bilərlər.