Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala rayonunda iki yeni mərkəzin açılış mərasimi keçirilib

14.06.2019

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberger Zaqatala rayonuna səfər etmişdir. Səfər zamanı səfir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayon Heydər Əliyev Mərkəzində qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədi daşıyan iki yeni mərkəzin açılış mərasimində iştirak edib.

Səfirlə yanaşı Zaqatalada Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzinin açılışında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yananda Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti də iştirak ediblər.