Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhid qanı axan torpaq, yad ayaqda qalmaz tapdaq”

19.01.2018

Zaqatala rayonu Dağlı kənd folklor evində 20 Yanvar hüzn günü ilə əlaqədar "Şəhid qanı axan torpaq, yad ayaqda qalmaz tapdaq" mövzusunda  kompozisiya keçirilmişdir. Tədbir şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə keçirildi. Tədbirdə mədəniyyət işçiləri, kitabxana işçiləri, orta məktəb şagirdləri, şəhid doğmaları və kənd ictimaiyyəti iştirak edirdi. Tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Folklor evində fəaliyyət göstərən uşaq bədii özfəaliyyəti dərnəyinin üzvülərinin hazırladığı kompozisiya nümayiş etdirildi.