04.06.2019
İyunun 4-də Şəki 3 nömrəli UMM-nin hesabat konserti keçirilib. Tədbiri 3 nömrəli UMM-nin direktoru Şəmsiyyət Əsgərova açaraq, hesabat məruzəsi ilə çıxış edib. Çıxışda qeyd olunub ki, məktəbdə 407 şagird 7 ixtisas üzrə təhsil alır və şagirdlərin musiqi təhsili alması üzərində müxtəlif ixtisaslar üzrə 167 müəllim çalışır.
Hesabat dövrü ərzində məktəbin şagirdləri müxtəlif müsabiqələrdə iştirak etmiş və uğurlar qazanmışlar.
31 yanvar 2019-cu il tarixdə Heydər Əliyev Fondunun dəstəyi ilə iki ildən bir təşkil olunan VII Muğam Televiziya Müsabiqəsinin Şəki şəhərində keçirilmiş seçim turunda məktəbin II sinif şagirdləri Əhmədli Elton Anar oğlu və Bəlqiyaslı Şadman Səbuhi oğlu uğurlu çıxış etmişlər. Əhmədli Elton Anar oğlu münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, fevral ayının 10-da Bakı Muğam Mərkəzində keçirilən müsabiqəyə vəsiqə qazanmışdır.
Bakı Musiqi Akademiyasının nəzdində yaradılmış məktəb studiyasının təşkilatçılığı ilə keçirilən S.Hacıbəyovun 100 və İ.Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş “Gənc musiqiçilərin Respublika Festivalı”nda VII sinif şagirdi Zakirli Səbinə Tahir qızı, VI sinif şagirdi Abdurahmanlı Nurcan Yaşar qızı, V sinif şagirdi Fətəliyeva Aişə Fuad qızı, IV sinif şagirdi Süleymanzadə Şəhrazad Elbrus qızı uğurla iştirak etmiş, onlardan Fətəliyeva Aişə Fuad qızı müsabiqənin diplomuna, Süleymanzadə Şəhrazad Elbrus qızı isə tərifnaməyə layiq görülmüşlər.
S.Hacıbəyovun 100 və İ.Hacıbəyovun 70 illik yubileylərinə hədiyyə olaraq bəstəkarın “İsgəndər və çoban” uşaq operası məktəbin şagirdlərinin ifasında regionda ilk dəfə olaraq səhnəyə qoyulmuş və bu yenilik AR Mədəniyyət Nazirliyinin mətbuat orqanı olan “Mədəniyyət” qəzetində və rəsmi saytlarda işıqlandırılmışdır.
Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV respublika müsabiqəsində tar ixtisası üzrə buraxılış sinif şagirdi Aslanov Elçin Bəhram oğlu, V sinif şagirdi Şükürov Fəxrəddin Məmməd oğlu, Abdurahmanov Rəhman Əfqan oğlu, IV sinif şagirdi Məmmədov Zülfüqar Ziya oğlu, Rəsulov Tural Tərlan oğlu, kamança ixtisası üzrə IV sinif şagirdi Eyvazzadə Leyla İftixar qızı, II sinif şagirdi Musayeva Çinarə Fərman qızı, qarmon ixtisası üzrə IV sinif şagirdi Hümmətov Elgün Əhəd oğlu, nağara ixtisası üzrə buraxılış sinif şagirdi Cabbarov Anar Bəhruz oğlu uğurla iştirak etmişlər. Onlardan tar ixtisası üzrə Abdurahmanov Rəhman Əfqan oğlu və Məmmədov Zülfüqar Ziya oğlu, kamança ixtisası üzrə Eyvazzadə Leyla İftixar qızı müsabiqənin II turuna vəsiqə qazanmışlar.
Gənc pianoçuların IV respublika müsabiqəsində VII sinif şagirdi Mustafayeva Səma Namiq qızı, VI sinif şagirdi Abdurahmanli Nurcan Yaşar qızı və II sinif şagirdi Məmiyeva Mərziyyə Elbrus qızı uğurla iştirak etmiş, onlardan Mustafayeva Səma Namiq qızı müsabiqənin II turuna vəsiqə qazanmışdır.
Məktəbin müəllimləri tərəfindən yaradılmış musiqili uşaq kukla teatrı bayram günlərində müxtəlif uşaq bağçalarından və məktəblərdən dəvətlər almış, uğurla tamaşalar göstərərək balaca tamaşaçıların rəğbətini qazanmışdır. Balakən şəhərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən- Bölgələrə” Yaradıcılıq Festivalında musiqili uşaq kukla teatrı da nümayiş olunmuşdur.
28 May Respublika Günü münasibətilə Şəki Heydər Əliyev mərkəzində keçirilən bayram tədbirində regionda ilk dəfə olaraq məktəbin şagirdlərindən ibarət 100-dən artıq tərkibdə xor kollektivinin konsertiniin təqdimatı alqışlarla qarşılanmışdır.
Ümumiyyətlə, bu il məktəbin həm müəllim, həm də şagird kollektivi keçirilən bayram tədbirlərində və əlamətdar günlərdə fəal iştirak etmiş, şəhər rəhbərliyi və Şəki Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən təşəkkürlər qazanmışlar.
Elşən Qaffarovun rəhbərlik etdiyi nağaraçalanlar ansamblı Gürcüstan foklor festivalı günlərinin iştirakçısı olmuş, ansamblın üzvləri diploma, E.Qaffarov isə festivalın medalına layiq görülmüşdür.
Məktəbin tar ixtisası üzrə müəllimi Sərdar İlyaszadəyə Şəki rayonunda yerləşən N saylı hərbi hissələrdə keçirilən bayram tədbirlərində fəal iştrak etmiş və hərbi hissə rəhbərliyi tərəfindən Fəxri Fərmana layiq görülmüşdür.
Hesabat məruzəsindən sonra geniş konsert proqramı təqdim edilib. Konsertin sonunda ilin nəticələrinə görə yüksək nəticələr əldə etmiş 21 nəfər şagird Fəxri Fərmanla təltif olunublar.