01.06.2019
Zaqatala rayon Uşaq İncəsənət Məktəbi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhərin Heydər Əliyev parkında konsert proqramı ilə çıxış edib.
Konsertin aparıcıları uşaqları bayram münasibəti ilə təbrik edərək, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da bütünlüklə insan haqlarının qorunmasına xüsusi önəm verildiyini və uşaqların müdafiəsinə qoşulmağın hamılıqla, hər kəsin borcu olduğunu vurğulayıblar.
Sonra söz iştirakçılara verilib. Şagirdlər rəngarəng proqramla çıxış ediblər. Məktəbin müəllim və şagirdlərinin ifaları, rəqsləri konsertə xüsusi rəng qatıb.