Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”20 Yanvar qan yaddaşımız ”

19.01.2018

19 yanvar 2017-ci il tarixdə Zaqatala rayon Çobankol kənd orta məktəbində 20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümü ilə əlaqədar Çobankol kənd orta məktəbi və Çobankol kənd mədəniyyət evi birlikdə "20 Yanvar qan yaddaşımız " adlı tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olundu. Şəhidlərə həsr olunmuş şeirlər və bayatılar səsləndirildi.