Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir

03.02.2017

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.

Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi Əlisultan Sadıxov, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova, Oğuz, Qax,Zaqatala, Balakən rayonları üzrə nümayəndələr  və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər.

Müşavirədə “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, Nazirliyin Regional Mədəniyyət və Turizm İdarələrinin fəaliyyətinin təşkili istiqamətində qarşıda duran vəzifələr müzakirə edilmiş, regional idarələrin yeni əsasnamələri və ştat cədvəlləri barədə geniş məlumat verilmişdir.

Bildirilmişdir ki, Dövlət başçısının müvafiq Sərəncamına əsasən şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nazirliyin 15 Regional İdarəsi yaradılmışdır. Şəki Regional Mədəniyyət və Turizm İdarəsinə Oğuz, Qax,Zaqatala və Balakən  rayonları daxildir.

Müşavirədə işə qəbulu zamanı ixtisas təhsilli kadrlara üstünlük verilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, mədəniyyət və turizm müəssisələrinin əlaqəli fəaliyyətinin təşkil edilməsi, təcrübə mübadiləsinin aparılması, maliyyə intizamına nəzarət və digər aktual məsələlərə diqqətin artırılmasının vacibliyi vurğulanmışdır.