27.05.2019
Mayın 27-də Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbində 2018-2019-cu tədris ilinin yekunlarına həsr olunmuş hesabat konserti keçirilib. Müddət ərzində məktəbdə təhsil alan şagirdlərin AR Mədəniyyət Nazirliyi tərəfindən keçirilən müsabiqələrdə iştirakı, təbliğat məqsədilə ətraf rayonlara olan səfərlər, sinif konsertləri, göstərici və açıq dərslər və Şəkinin orta məktəblərində təşkil olunmuş konsert proqramları haqda geniş məlumat verən məktəbin direktoru İbrahim Rəsulov müəllimlərə və müvəffəqiyyət qazanmış şagirdlərə təşəkkür edərək, il ərzində çalışqanlığı ilə fərqlənən şagirdlərə “Tərifnamə”lər təqdim edib. Şagirdlərin hazırladığı konsert proqramı ilə tədbirə yekun vurulub.