Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azadlığa gedən yollar”

19.01.2018

19 yanvar 2018-ci il tarixdə Baş Zəyzid kənd sənətkarlıq evində MKS-nin 49 saylı filialı ilə birlikdə 20 yanvar Ümumxalq hüzn günü ilə əlaqədar “Azadlığa gedən yollar” adlı tədbir keçirilmişdir.Tədbirdə kənd sakinləri ilə bərabər Baş Zəyzid kənd tam orta məktəbin şagirdləri və müəllim kollektivi, Baş Zəyzid kənd İcra nümayəndəsinin müavini Elşad Novruzov, Baş Zəyzid Bələdiyəsinin sədri Kamil Məcudov, baş mühasibi Vəfa Məmmədli, kitabxana və mədəniyyət işçiləri də iştirak edirdi. Tədbir Azərbaycanın azadlığı və ərzai bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 20 yanvar faciəsinin törədilməsi haqqında sənətkarlıq evinin direktoru Xanlar Mahmudov geniş məlumat verərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş,  yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Sonra kənd icra nümayəndəsinin müavini Elşad Novruzov öz çıxışında qeyd etdu ki, Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. MKS-nin 49 saylı filialının müdiri Zamiq Abbasov xatırlatdı ki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Sonra tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya və sərgiyə tamaşa etdilər.