28.05.2019
Bəxtiyar Vahabzadənin ev muzeyində 28 May münasibəti ilə bayram tədbiri keçirilib. Tədbir 7 nömrəli tam orta məktəbin müəllimi Səadət Çələbiyevanın təşkilatçılığı ilə baş tutub. Şəki şəhər 3 nömrəli Uşaq bağçasının və Şəki Uşaq İncəsənət Məktəbinin kollektivlərinin də qatıldıqları tədbir 7 nömrəli məktəbin şagirdlərinin Bəxtiyar poeziyasına aid şeirləri səsləndirməsi ilə başlayıb. Dahi şairin sözlərinə bəstələnmiş musiqilər və bağça uşaqlarının təqdim etdikləri "Azərbaycan-Türkiyə" adlı rəqs kompozisiyası alqışlarla qarşılanıb.
Şəki 7 nömrəli məktəbin direktoru Bəkir Xəlilovun, məktəbin müəllimi Səadət Çələbiyevanın və B.Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəryəbəylinin bayram təbrikləri və bağça uşaqlarının maraqlı çıxışları ilə yadda qalan bayram tədbirinin sonunda Şəki Uşaq İncəsənət Məktəbinin adından muzeyin binasının və Bəxtiyar Vahabzadənin portretinin əks olunduğu rəsm əsərləri muzeyə hədiyyə olunub.