Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə 28 May - Respublika Günü qeyd edilib

27.05.2019

Mayın 27-də Şəki Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şəki şəhər 3 nömrəli uşaq musiqi məktəbinin direktoru Şəmsiyət Əsgərova  müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrdə əldə edilən nailiyyətlərdən danışıb. Qeyd olunub ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun tarixi əhəmiyyəti çox böyükdür.

Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edən Şəmsiyət Əsgərova dahi rəhbər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirərək, Azərbaycanın sürətlə inkişaf etdiyini, nüfuzunun daha da yüksəldiyini və dünya ölkələri arasında özünə layiqli yer tutduğunu qeyd edib.

Sonra Şəki şəhər 3n-li Uşaq Musiqi Məktəbinin kollektivinin hazırladığı maraqlı konsert proqramı təqdim olunub.