Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən Şəhidləri ilə ucalır” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir

19.01.2018

19 yanvar 2018-ci il tarixində M.F.Axundzadə adına Şəki şəhər  Mədəniyyət Mərkəzində  20 Yanvar 1990-cı il  tarixdə törədilmiş “Qanlı Yanvar” faciəsinə həsr olunmuş  “Vətən  Şəhidləri ilə ucalır” adlı  ədəbi- bədii  kompozisiya keçirilmişdir.

Tədbir Z.Xanlarovanın ifasında “Şəhidlər” mahnısı sədaları altında başladı. İlk öncə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Aparıcı Rəşad Rüstəmovun ifasında   şəhidlərə aid bayatılar səsləndirildi. 20 Yanvar  şəhidlərinə  həsr  olunmuş  video  çarx  nümayiş etdirildi. 11 saylı tam orta məktəbin tarix müəllimi Zaur  Müslümov  qanlı  faciə haqqında danışdı. O çıxışında qeyd etdi ki, o gecə quduzlaşmış düşmən heç kimə  aman vermirdi, qan su yerinə axırdı. Tank altında qalanların, gülləyə tuş gələnlərin  hayı, harayı ərşə qədər çatırdı. Amma nə fayda, eşitmir bu hayı, harayı gözünü qan tutmuş cəlladlar. Xalqa qənim kəsilənlər.

FHN-in Şəki Xilasetmə Taborunun əsgərləri Allahverdi  Eyvazov  və Məhəmməd Əliyevin ifasında “Şəhid anası”, “Vətən oğlu” şeirləri, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarovanın və Şəki Dövlət Regional Kollecin tələbələrinin ifasında isə şəhidlərə həsr olunmuş  şeirlər və bayatılar səsləndirildi.  

Tədbir Şəmistan  Əlizamanlının  ifasında  “And içirik”  mahnısının sədaları altında başa çatdı.