Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuz rayon tarix-diyarşünaslıq muzeyində “Qanla yazılmlş tariximiz” adlı sərgi təşkil edilmişdir

19.01.2018

Azərbaycanın yeni tarixinə, xalqımızın müstəqillik mücadiləsinin  salnaməsinə  qara  və  al qirmızı  həflərlə  yazılmış  20  Yanvarın  28-ci  ildönümü  yaxınlaşır. Hər il bu  günlər  şəhidlərimizin  ruhunu  dərin  kədərlə  anırıq.

Amma  20  Yanvar  Azərbaycan  xalqının  tarixində yalnız ağrı və acı ilə  xatırlanacaq  gün  deyil.  20 Yanvar həm də xalqımızın əbədi qürur,  şan  və şərəf günüdür. Vətən şəhidləri ilə ucalır. Xalqımızın qəhrəman  övladlarının əzız xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Onları daim  xatırlamaq bizim vətəndaşlıq borcumuzdur.

Bu məqsədlə Oğuz rayon tarix-diyarşünaslıq muzeyi ekspozisiya zalında  “Qanla  yazılmlş  tariximiz” adlı kitab və jurnallardan ibarət sərgi təşkil  etmişdir.