19.01.2018
20 Yanvar faciəsindən 28 il keçir. Buna baxmayaraq bu faciə xalqın yaddaşından silinmir. 20 Yanvar faciəsi hər il Azərbaycan xalqının qürur günü kimi qeyd olunur.
19 yanvar 2018-ci ildə Qax Rayon Dövlət Rəsm Qalereyası “Milli Qürur Günü" adlı Qax şəhər 2 saylı orta məktəbin foyesində 20 Yanvara həsr olunmuş səyyar sərgi təşkil edilmişdi. Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad olundu. Allahdan onlara rəhmət diləndi. Sonra sərgiyə baxış oldu. Sərgidə Rəsm Qalereyasının rəsm əsərləri və 2 saylı orta məktəbin şagirdlərinin əl işləri nümaiş olundu. Sərgidə məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.