18.05.2019
18 may Beynəlxalq Muzeylər günü münasibətilə respublikamızın hər yerində olduğu kimi Qax rayonunun tarix diyarşünaslıq və İsmayıl Dağıstanlının Xatirə muzeylərində “Açıq qapı” günü elan olunmuşdur.
Rayonun tarixindən, adət-ənənələrindən soraq verən minlərlə eksponatı olan muzeyin qonaqları məktəblilər, uşaq baxcaları və rayonun sakinləri olmuşdur.
Beynəlxalq Muzeylər Günü münasibətilə tarix diyarşünaslıq muzeyində həmçinin görüş keçirilmişdir. Görüşdə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə nümayəndəsi Dilarə Əzizova və MİHT-nın Qax rayon şöbəsinin sədri Abdul Mustafazadə iştirak etmişdir. Dilarə Əzizova muzey işçilərini bayram münasibətilə təbrik etmiş, işlərində uğurlar arzulamışdır.
Tarix Diyarşünaslıq muzeyinin baş fond mühafizi Musayeva Brilyant Ələsgər qızı MİHT-nın Qax rayon şöbəsi tərəfindən Fəxri Fərman və pulla mükafatlandırılmışdır.