Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“20 Yanvar şəhidlərini yad edirik”

19.01.2018

        Bir axşam bir xəbər sarsıltdı bizi

Bu  xəbər titrətdi dizlərimizi

       O gecə qəfildən bir xəbər gəldi

   Bir xalqın əyilməz beli əyildi.

1990-cı il yanvarın 19-dan 20-nə keşən gecəyə  qədər Azərbaycan və onun paytaxtı  Bakı şəhəri bu cür dəhşəti görməmişdir.

Həmin gecə şəhərə hücum çəkən ən müasir silahlarla silahlanmış qoşunlar əliyalın insanları güllə yağışına tutdular. Onlar heç kəsə aman vermir, qarşılarına çıxan hər kəsi amansızlıqla qətlə yetirirdilər. Ağır döyüş texnikasını, yük və minik avtomobillərini insanların üstünə sürürdülər. O gecə  Bakı özü boyda qan dənizinə çevrildi.

Həmin  dəhşətli gecədən 28 il keçir. Bu hadisə ilə bağlı  19 yanvar 2018-ci il tarixində Şəki Heydər Əliyev Mərkəzində “20 Yanvar şəhidlərini  yad edirik” mövzusunda tədbir təşkil olunmuşdu. Tədbirdə mərkəzin əməkdaşları, MKS-nin Vaqif İbrahim adına 9 saylı filialı, Şəki Təhsil Şöbəsinin əməkdaşları,  şəhər  6 saylı məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbir Azərbaycanın himni ilə başlandı. Sonra şəhidlərin  ruhu bir dəqiqəlik sükutla yad edildi. Heydər Əliyev Mərkəzinin direktoru X.Səmədova, 9 saylı kitabxana filialının müdiri  R.Həsənova tədbir iştirakçılarını 20 Yanvar  hadisələri haqqında ətraflı məlumatlandırdı. 6 saylı məktəbin   ikinci sinif şagirdləri şəhidlərimizə həsr olunmuş kompozisiya ilə çıxış  etdilər. Həmin hadisələri əks etdirən video çarxlar nümayiş  olundu.

Sonda ŞTŞ-nın əməkdaşı  E.Abdullayev və  B.Süleymanov çıxış edərək  tədbir haqqında öz fikirlərini bildirdillər. Tədbirin təşkilatçılarına və işrirakçılarına o cümlədən, mərkəzin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.